Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Ağdamın qaytarılması münasibətilə təbrik etdi
Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi tvitter səhifəsində Azərbaycan Ordusunun Ağdama daxil olması ilə bağlı paylaşım edilib.
Paylaşımda deyilir:
“Qəhrəman Azərbaycan Ordusu Qarabağda əldə etdiyi zəfərdən sonra imzalanan bəyanat çərçivəsində Ağdama daxil olub. Azərbaycan 30 il sonra işğala uğramış öz ərazilərinə qovuşur. Qarşımızdakı zamanda da Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir millət – iki dövlət”.