“Videoda bir məqam diqqətimi çəkdi” – Psixoloq Sevilin intiharındakı isti izlərdən danışdı VİDEO


Paytaxtın Xətai rayonunda, çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etmiş 20 yaşlı Sevil Atakişiyevanın ailəsindən hazırlanan reportaj geniş müzakirələrə yol açıb.



Sosial şəbəkə istifadəçiləri arasında Sevilin valideynlərinin haqlı olduğunu düşünüənlər də var, ailənin gəncə zor təbiq etdiyini və valideynlərin yalan danışdığını düşünənlər də…

Təqdim olunan süjet əsasında real rəyi isə bu sahə üzrə ekspertlər daha dəqiq qiymətləndirə bilər.

Yayımlanan materialla bağlı sfera.az-a danışan psixoloq Aytən Ələkbərova bəzi nəticələrə gəldiyini bildirib. A.Ələkbərova valideynin hadisəni nəql etməsində bəzi qaranlıq və qeyri-real məsələlərin olduğunu diqqətə çatdırıb:

“Videoda bir məqam diqqətimi çəkdi. Valideyn deyir ki, nişanlısı Sevili Kukla Teatrının qarşısından taksiyə əyləşdirərək “Torqovı”ya yola salıb. Birincisi, Kukla Teatrı ilə “Torqovı” arasında keçid var və o keçidlə həmin məkana rahatlıqla getmək olur. Yəni, taksi sifarişinə ehtiyac yoxdur. Bundan başqa gördük ki, ailənin bir üzvü fiziki məhdudiyyətlidir. Bu da genetikada problemin olduğu anlamını verir. Danılmaz faktdır ki, genetikanın bu formada olmasında gəncin psixoloji haləti rol oynayır”.

Psixoloq Sevilin nişanlısı ilə olan münasibətdə də problem ola biləcəyini qeyd edib:

“Araşdırmaq lazımdır ki, gənclər doğurdan da dənizkənarı parkda olublar? Kofe içdikləri yer ictimai məkan olub ya baş-başa qalıblar? Tibbi ekspertiza bütün bu və digər məqamları təyin etməlidir. Gənclər 5 il bir yerdə olubsa, qıza təsir edən məqamlar arasında uzun sürən münasibətin verdiyi yorğunluq və s. da ola bilər. İntiharın təhrikçisi kimi Sevilin nənəsinin də adı çəkilir. Amma qadın mental dəyərlərə önəm verən biri olsa da mən hansısa anormal münasibət, danışıq görmədim. Nənənin irad bildirməsi isə digər bütün normal ailələrdə olan hallar sırasındadır”.

Həmsöhbətimiz Sevilin problemlərini ailəsi ilə bölüşə bilmədiyini və bunun müəyyən səbəblərdən qaynaqlana biləcəyini söyləyir:

“Biz indi intihar faktlarını elə işıqlandırmalıyıq ki, növbəti belə hallar olmasın. Valideynin vəzifəsi ev yığışdırmaq, pul qazanmaq deyil. Valideyn övladı ilə söhbət etməyi, onu anlamağı bacarmalıdır. Sevili analiz edəndə də bu qənaətə gəldim ki, özünə qapanan biri deyil. Yəni, o dərdini, problemini ailəsi ilə bölüşə bilərdi. Sevilin psixoloji halətini poza bilən hansısa hadisələrin olduğu aydındır. Bunun səbəbini isə ailə ilə və Sevilin nişanlısı ilə söhbətdən sonra tam demək mümkün ola bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu