QHT Şurasının fəaliyyəti dondurulub: Qurumun ləğvinə hazırlıq getdiyi bildirilir


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant layihələri ilə bağlı fəaliyyəti dondurulub.


AFN.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bu məlumat reallığı əks etdirir.

Belə ki, QHT Şurası hər ilin sonunda – noyabr-dekabr aylarında növbəti ilin ilk qrant müsabiqəsini elan edirdi. Lakin ötən ilin dekabrında, ümumiyyətlə, indiyədək 2021-ci il üzrə hər hansı qrant elanı verilməyib. Şuranın sonuncu qrant müsabiqəsi 2020-ci ilin iyununda elan edilib – 7 istiqamət üzrə.

AFN.az-a daxil olan məlumata görə, Şura rəhbərliyinin yaydığı açıqlamalara rəğmən, Hesablama Palatası qurumda çox ciddi pozuntular aşkarlayıb. Hələlik pozuntularla bağlı Baş Prokurorluğa müraciət edilməsə də, audit başa çatan kimi – 2020-ci ilin son aylarında vəziyyətlə bağlı ölkə rəhbərliyinə məruzə olunub. Ölkə rəhbərliyinin tapşırığı əsasında Şuranın fəaliyyətinin tamamilə yenidən təşkil olunması istiqamətində hazırlıqlar başladılıb. 2021-ci il üzrə qrant müsabiqəsinin yubanması da bu işlərlə bağlıdır. İşlər yekunlaşandan sonra Şuranın publik hüquqi şəxsə çevrilməsi istiqamətində hüquqi addımların atılacağı, rəhbərliyin yenilənəcəyi gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatı müzakirə olunarkən QHT Şurasının fəaliyyəti ilə bağlı iqtidar deputatları tərəfindən Milli Məclisdə kəskin tənqidlər səsləndiriləcək...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu