AFFA-nın maraqlandığı hücumçu bombardir olmaq istəyir


Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev cari mövsüm üçün şəxsi hədəfini açıqlayıb.

"Report"un məlumatına görə, azərbaycanlı hücumçu yutubda yayımlanan "Futbolnıy format" verilişinə müsahibəsində cari mövsümün bombardiri olmaq istədiyini söyləyib.

Hazırda 6 qolla yalnız Kiyev "Dinamo"sunun hücumçusu Viktor Tsıqankov və "Olimpik"in üzvü Şahab Zahedidən (hər ikisi 8 qol) geri qalan futbolçu məqsədinə çatmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Qeyd edək ki, AFFA hazırda Anatali Nuriyevi Azərbaycan millisinə dəvət edmək üçün onunla danışıqları davam etdirir. Futbolçunun özü də yığmamızda oynamaqda maraqlıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu