Ermənilər daha bir kəndi TƏRK EDİR
Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini tərk edir.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Kəndin icma rəhbəri Beniamin Poqosyan məsələ ilə bağlı açıqlamasında sərhədlərin delimitasiyasından sonra Azərbaycan Ordusunun mövqelərinin kəndə yaxın olduğunu və təsərrüfatla məşğul olmaq üçün yararlı torpaqların az olmasından şikayətlənib.
"Mövqelərin Azərbaycana verilməsindən sonra nə heyvandarlıq, nə də əkinçiliklə məşğul olmaq mümkündür. Kəndlilər mal-qarasını satıb kənddən çıxır. Hökumət bizim problemlərlə maraqlanmır”.
Onun sözlərinə görə, vəziyət belə davam edərsə, yaxın vaxtlarda kənd tamamilə boşaldılacaq. /Modern.az