Qarlı və şaxtalı hava nə qədər davam edəcək? RƏSMİ
"Azərbaycana soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarında qar yağıb. Bakı və Abşeron yarımadasında əmələ gələn qar örtüyünün hündürlüyü 5 santimetrə yaxınlaşıb".
AFN xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva bildirib.
O əlavə edib ki, ən çox qar isə respubalikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb ki, burada əmələ gələn qar örtüyünün hündürlüyü yarım metrə çatıb: "Bu proses gücülü külək və çovğunla müşahidə olunub. Küləyin maksimal sürəti rayonlarda 28 m/s, Bakı və Abşeron yarımadasında isə 25-28 28 m/s çatıb ki, bu da açıq dənizdə dalğanın 6 metrə qədər inkişafına qədər səbəb olub.
Respublika ərazisində gün ərzində əlverişsiz hava şəraiti davam edəcək, fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Ayın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək".