Putin Baydenə cavab verib: “Ona sağlamlıq arzulayıram”

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Cozef Baydenə cavab olaraq deyib.
“Uşaqlıqda həyətdə oynayanda bir-birmizlə mübahisə edərkən deyərdik: “Adımı sənə qoyum, səni yana-yana qoyum”. Bu, təsadüfü deyildi. Bu, adi uşaq deyimi və zarafatı deyildi. Bunun dərin psixoloji mənası var. Biz həmişə başqa adamda öz keyfiyyətlərimizi görürük. Fikirləşirik ki, o da bizim kimidir”, - Rusiya prezidenti vurğulayıb.
V.Putin qeyd edib ki, hər xalqın tarixində çoxlu dramatik və qanlı hadisələr var: “Ancaq biz başqalarını dəyərləndirəndə, yaxud başqa dövlətə, başqa xalqa qiymət verəndə biz həmişə sanki güzgüyə baxırıq”.
O, ABŞ-da çoxlu sayda dürüst və layiqli insanın olduğunu, Rusiyanın onlara etibar edəcəyini söyləyib. V.Putin bildirib ki, Rusiya ABŞ-la özünə sərfəli şərtlərlə işləyəcək.