Cüdoçularımız beynəlxalq turnirdə erməniləri məğlub edərək finala çıxdı

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində veteran cüdoçular arasında keçirilən beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası finala çıxıb.
Bu barədə "Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.
Cüdoçularımız Ermənistan idmançılarını 5:0, Qırğızıstan komandasını 5:0 və Tacikistanı 3:2 hesabı ilə məğlub edib.