Eldəniz Səlimov barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB+VİDEO


Polisi döydüyü üçün bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimovun məhkəməsi başa çatıb.


AFN-in xəbərinə görə, Binəqədi rayon məhkəməsində keçirilən iclasda Səlimov barəsində məhkəmənin qərarıyla üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimov Binəqədi rayon məhkəməsinə gətirilib.


"Qafqazinfo" xəbər verir ki, iclas jurnalistlərə qapalı şəkildə keçirilir.

Xatırladaq ki, bir neçə saat əvvəl toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb.

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimov Binəqədi rayon məhkəməsinə gətirilib. "Qafqazinfo" xəbər verir ki, iclas jurnalistlərə qapalı şəkildə keçirilir. Xatırladaq ki, bir neçə saat əvvəl toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu