Qırğızıstanın müdafiə naziri istefaya göndərildi


Qırğızıstanın müdafiə naziri Taalaybek Omuraliyev vəzifəsindən azad edilib.


“Qafqazinfo” “24.kz” portalına istinadən xəbər verir ki, T. Omuraliyev ölkə Prezidenti Sadır Japarovun sərəncamı ilə istefaya göndərilib.

Həmçinin qeyd olunur ki, nazirin istefası başqa bir işə keçməsi ilə əlaqədardır. Lakin bununla belə, onun yeni işinin nə olacağı barədə detallar açıqlanmayıb.

Qeyd edək ki, T.Omuraliyev 2021-ci ilin fevral ayından etibarən ölkənin müdafiə naziri vəzifəsini icra edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu