Qanunsuz qum daşıyanlar cəzalandırılıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı rayonun sahil zolağından ekskavator və “MAZ” markalı 27-BU-102 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov AFN-ə bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Xaçmaz rayon sakinləri Rauf Məmmədov və Eldar Kiçikbəyov olduğu məlum olub.

“Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb ediliblər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu