Bakıda 2 gün əvvəl təmir olunan yol yenidən qazıldı - FOTOLAR


Bakıda iki gün əvvəl təmir olunan Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində bu gün yenidən qazıntı başlanıb.


Bununla bağlı sosial şəbəkələrdə jurnalist Pərviz Musayev fotolar paylaşıb. Görüntülərdən də yenicə təmir olunaraq rənglənən yolun bir zolağında təmir işlərinin aparıldığı aydın olur.

Məsələ ilə bağlı “Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə yolun altından keçən elektrik xəttində qəza baş verib: “Təəssüf ki, küçənin yan yolunda hərəkət hissənin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır”.

Qeyd edək ki, oktyabrın 5-də bu ilin İnvestisiya Proqramına uyğun olaraq, Nəsimi rayonu ərazisində Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində aparılan yenidənqurma işləri yekunlaşmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu