"Qarabağ"dan Qazaxıstanda önəmli qələbə

Azərbaycanın avrokuboklardakı tək təmsilçisi "Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu qələbə ilə başa vurub.
AFN xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Kayrat”la qarşılaşıb. Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki "Ortalık” stadionunda baş keçirilib. Qarşılaşmanı moldovalı referi Dumitri Muntean idarə edib.
Ağdam klubu rəqibini 1:2 hesabı ilə udub.
Qollar: Xose Kante, 68. - İbrahima Vaci, 57, Abdellah Zubir, 72.