“Hörümçək” sözünü “spayder”lə əvəzlədilər, hamı tənqid etdi
![](/uploads/posts/2022-01/1642449291_1618574628_36022bcd-9741-3452-897e-bf5026fbe898_850__1_.jpg)
Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb.
Bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.
O bildirib ki, “hörümçək” sözünün əvəzinə lüğətə “spayder” sözü salınıb.
“İki akademikin (Möhsün Nağısoylu və İsa Həbibdəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə “hörümçək” olsaydı, bizim nə dərdimiz…”, - Q.Məhərrəmli qeyd edib.
Əlavə edək ki, “hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan “hörümçəkkimilər”, “hörümçəyəbənzər”, “hörümçəyəoxşar” sözləri saxlanılıb.
Qeyd edək ki, 2021-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.