Hoteldə müğənnini öldürmək istəyən kişiyə hökm oxundu
Bakıda hoteldə müğənni Aygün Mirzəyevanı öldürməyə cəhd edən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Nizami rayonunda baş verib. Aygün Mirzəyevanın çoxsaylı xəsarətlər alması barədə Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, Əli Məmmədov şəxsi münasibətlər zəminində rayon ərazisindəki hotellərin birində Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.
A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.