ATƏT-in Baş katibi Azərbaycanı təbrik etdi
ATƏT-in Baş katibi Helqa Şmid Azərbaycanı bu təşkilata üzvlüyünün 30 illiyi münasibətilə təbrik edib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Helqa Şmid bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.
O, Azərbaycanla yanaşı, daha 13 ölkəni də təbrik edib və ATƏT-in bu ölkələrin tarixinin bir hissəsi olmasından fəxr etdiyini və növbəti 30 ili səbirsizliklə gözlədiyini vurğulayıb.