Cəlilabadda iki min il əvvələ aid qəbir abidəsi aşkarlanıb


Cəlilabad rayonunda 2 min il əvvələ aid qəbir abidəsi aşkar edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, abidə rayonun Uzuntəpə kəndi ərazisində ev tikintisi ilə bağlı qazıntı aparılarkən tapılıb.

Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.

Tapıntı ilə bağlı "Report"un yerli bürosuna açıqlama verən tarixçi Ələsgər Mirzəzadə qeyd edib ki, qəbir ilkin ehtimalla 2 min il əvvələ aid edilir.

Abidə ilə bağlı AMEA-ya müraciət edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu