Beynəlxalq axtarışda olan şirkət rəhbəri Azərbaycana ekstradisiya olundu


Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Kərimov Nizami Qulam oğlu Ukraynadan ekstradisiya olunub.


Baş Prokurorluqdan AFN.az-a bildirilib ki, Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində 2017-ci ildən axtarışda olub.

N.Kərimov bu il yanvarın 13-də Ukraynada müəyyən edilərək saxlanılıb.

Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan Azərbaycana gətirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu