ATƏT-in əməkdaşı Ukraynada həlak olub


ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.


Bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb.

“Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, - ATƏT-in bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşının həlak olduğunu bildirib.

"ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır", - deputat sosial şəbəkədəki hesabında yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu