Lavrov: "Rusiya Üçüncü Dünya müharibəsinin mümkünlüyündən danışmır"

“Rusiya Üçüncü Dünya müharibəsinin, xüsusilə nüvə savaşının mümkünlüyündən heç vaxt danışmır”.
“RİA Novosti”xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 10-da Antalyada keçirdiyi mətbuat konfransında bildirib.
“Ancaq Qərb Freydə görə tezisin mümkünlüyünə təkrar qayıdır”, - deyə o bildirib.