İsrail Azərbaycana tibbi avadanlıqlar bağışladı

İsrail Azərbaycana bir tondan çox tibbi avadanlıq bağışlayıb.
Bunu İsrailin Azərbaycandakı Səfiri Corc Dik öz tviter hesabında yazıb.
“Ötən gün biz Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif regionlarında yerləşən xəstəxanalara bir tondan çox tibbi avadanlıq bağışladıq. Çünki İsrail və Azərbaycan dostdurlar və biz bir-birimizə ən yaxşısını arzulayırıq”, - səfir qeyd edib.
Corc Dik tibbi ləvazimatları səhiyyə nazirinin müavini Nadir Zeynalova təqdim edib.
“The people of Azerbaijan are important to us. We care for each other. So today I am happy to announce that in cooperation with the Ministry of Health, we are donating over 1 ton of medical equipment.” - Amb @GeorgeDeek pic.twitter.com/3ew8maeq4N
— Israel in Azerbaijan (@IsraelinAZ) March 11, 2022