Donbasda çeçen xüsusi təyinatlıların qərargahı vuruldu


Donbasda Ukrayna Silahlı Qüvvələri dünən düşmən texnikasının böyük bir hissəsini və kadırovçuların qərargahını atəşə tutub.


Bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Serhiy Qayday "UA Razom" telemarafonunun efirində danışıb.

Onun sözlərinə görə, şərq bölgələrində ukraynalı döyüşçülər düşmənə layiqli cavab verir və mükəmməl şəkildə cavab atəşi açır:

"Hazırda Rusiya ordusunun Ukraynanın şərq vilayətlərinə texnikalarını aparması açıq şəkildə görünür. Yerdəyişmə davam edir, ruslar dinc yaşayış məntəqələrini daha fəal şəkildə atəşə tutur. Donbasda aviasiya, artilleriya və minaatanlar fəaliyyət göstərir, ağır kalibrlərdən istifadə olunur". (BAKU.WS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu