Azərbaycan XİN Bursada törədilən terror aktını pislədi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.


Bu barədə XİN məlumat yayıb.

"Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır", - paylaşımda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu