Yeni əfv fərmanının imzalanacağı gözlənilir
Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. İclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
O, qeyd edib ki, bununla bağlı müəyyən siyahı hazırlanıb və Əfv Məsələləri Üzrə Dövlət Komissiyasına təqdim edilib. Ehtimal edilir ki, mayın 28-də Müstəqillik günü münasibəti ilə əfv fərmanı imzalanacaq.