Mayda əfv olacaq - Yüzlərlə insan azadlığa çıxacaq (AÇIQLAMA)
"May ayında böyük əfv gözlənilir".
Bu barədə Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, hazırda aidiyyatı orqanlarda bununla bağlı hazırlıqlara başlanılıb:
"Bizdəki məlumatlara görə, iclaslar başlanılıb, edilən müraciətlərə baxılır. Əfv may ayının 10-da gözlənilir. Çox sevindirici xəbərdir. Biz də Əfv Komissiyasına öz tərəfimizdən siyahı təqdim edəcəyik".