AFFA “Qəbələ”nin pulunu ödəmir? -

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinalının cavab matçında “Qarabağ”a 0:5 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
“Qafqazinfo”nun məlumatına görə, o, “Qəbələ”nin maddi problemləri olması, AFFA-nın kluba ayırdığı maliyyəni mart ayından bu tərəfə ödəməməsi ilə bağlı suala cavab verib:
“Bu elə məsələdir ki, burda müzakirə olunası deyil. Belə nüanslar da komandaya təsir edir”.