“Fənərbağça” prezidenti üzr istəməkdən imtina etdi


“Fənərbağça”nın prezidenti Əli Koç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə cavab oyunu zamanı azarkeşlərin davranışına görə üzr istəməyi planlaşdırmadığını deyib.


Komandaların görüşü kiyevlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində Ukrayna klubu növbəti seçmə mərhələyə yüksəlib.

Kiyev qolundan sonra “Fənərbaxça” azarkeşləri Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar. Bundan sonra UEFA araşdırmaya başlayıb.

“Biz Ukraynadan üzr istəməyəcəyik. Ukrayna səfirinin bütün çıxışlarından sonra məhz o, bizdən üzr istəməlidir. Bəli, bu şüarlar klubumuzun kimliyinə uyğun gəlmir. Bəs biz nə etməli idik? Ağızlarını yapışdırardıq? 20 saniyəlik görüntünü koordinasiya edilmiş kimi göstərməyə çalışmayın”- deyə, Əli Koç bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu