İlham Əliyev: "Biz əlimizdən gələni edəcəyik ki, Qafqazda vəziyyət sabit olsun"


"Biz əlimizdən gələni edəcəyik ki, Qafqazda vəziyyət sabit olsun".


Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.

"Hazırda əsas məsələ iki dövlət arasında münasibətlərin normallaşma prosesini dağıtmamaq, bu istiqamətdə irəliləyişə nail olmaqıdır. Rusiya tərəfi də bu prosesə öz töhfəsini verir. Həmçinin baş nazir müavinləri səviyyəsində danışıqlar aparılır", - Prezident vurğulayıb.

Dövlət başçısı əmin edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatın öhdəliklərinə sadiqdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu