Deputat: "Bu gün kəndlərimizdə cavan qızlar inək sağa bilmirlər" -


"Bu gün kəndlərimizdə cavan qızlar inək sağa, cavan oğlanlar su sulaya bilmirlər".



AFN xəbər verir ki, bu sözləri "Space" televiziyasında yayımlanan "Qarışıq gündəm" proqramına qonaq olan Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Növbəti dəfə müzakirələrə səbəb olacaq açıqlaması ilə diqqət çəkən deputat gənclərin az balla universitetlərə daxil olduğunu, artıq kəndlərdə zəhmətkeş işçi qüvvəsinin yoxa çıxmasından şikayətlənib:

"Hamı Ali Təhsil ardınca qaçır. İstəyirlər ki, az bal yığıb universitetlərə qəbul olsunlar. Burada 4-5 il oxuyub, diplom alırlar. Artıq onlarda zəhmət çəkməyə utanclıq yaranır. Deyirlər ki, mən Ali təhsiliyəm, niyə gedib yer sulamalıyam, bərbər olmalıyam?".

Xatırladaq ki, Tahir Rzayevin bir neçə gün əvvəl sosial şəbəkələr haqqında qanun layihəsinin hazırlanması ilə bağlı səsləndirilən təkliflərə bildirdiyi münasibət də müzakirələr yaradıb.

O, məsələyə "Hansısa sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Məni də tənqid edirlər, bəzən təhqirə keçirlər" sözləri ilə reaksiya verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu