Cavan Zeynallıdan qalmaqallı sözlər


Xalq artisti Cavan Zeynallı müzakirələrə səbəb olacaq açıqlaması ilə gündəmə gəlib.

AFN xəbər verir ki, ifaçı, “Mtv” kanalına verdiyi müsahibəsi zamanı gənc müğənnilərdən sənətindən narazı olduğunu dilə gətirərək, onları tənqid edib:

“Oxuyanların hamısı cavandırlar. Məşhur bəstəkarlarımızın mahnıları oxunur və hamı onların mahnılarını sevir. Onlar isə cavandırlar. İstəyirlər ki, bütün dünyada tanısınlar…

Lakin belə bir şey olmayıb, olmayacaq da…! Çünki bunlar cavandır. Mən Aygün Kazımovanı, Röya Ayxanı tanıyıram.

Cavan Zeynallı “Şəbnəm Tovuzlu, Damla kimi müğənniləri tanıyırsınız?” sualına isə belə cavab verib:
“Yox tanımıram vallah...

Çünki onların adını yaddaşımda saxlamaq üçün yer yoxdur. Neçə illik musiqi təhsilim var. Mən oxuyurdum.

Amma indi harada oxusun bu yazıqlar? Bir dənə mahnı yazdırırlar, oxuyurlar. Sonra deyirlər, məndən yoxdur, bir nömrəyəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu