Rusiya BMT-ni hədələdi


BMT Ukrayna səmasında vurulan PUA-ları araşdırarsa, Rusiya BMT ilə münasibətləri nəzərdən keçirərəcək.



Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“Ümid edirik ki, katiblik və baş katibin özü bir daha BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmayacaq, öz texniki mandatlarından kənara çıxmayacaq və hər hansı qeyri-qanuni araşdırmalarda iştirakdan çəkinəcək. Əks halda, biz bu təşkilatla əməkdaşlığımızı yenidən nəzərdən keçirməli olacağıq. Onlar heç kimin maraqlarına xidmət etmir”, - Polyanski bildirib.

Qeyd edək ki, Ukrayna səmasında vurulan PUA-ların İrana aid olmasını İran təkzib etməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu