İsrail BMT-nin qətnaməsini hücuma icazə kimi qəbul edir - AÇIQLAMA
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsini hücuma icazə kimi götürüb.
Bu barədə o, Telegram kanalında yazıb.
“İsrailin şərhi belədir ki, davamlı atəşkəs üçün şərait yaratmaq Qəzza zolağının təmizlənməsinin davam etdirilməsini nəzərdə tutur" - deyə Polyanski qeyd edib. O, İsrailin baş naziri Benyamin Netanyahunun ölkənin Müdafiə Qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi ilə bağlı bəyanatını belə şərh edib: "Çünki bu, girovları qaytarmağın və HƏMAS-ı məhv etməyin yeganə yoludur".
Polyanski həmçinin qeyd edib ki, o, fələstinlilərin qətnamədən necə faydalandığını anlamır. O vurğulayıb ki, əgər davamlı tələblər, hətta "yalvarışlar olmasaydı", Rusiya sənədə veto qoyardı.