Aktyorlar 8 aydır maaş almırlar? - AÇIQLAMA


"Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".



AFN xəbər verir ki, bu barədə report-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib:

"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu