Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis ediləcək

Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis ediləcək.
AFN APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.