DÇ-2022-də ən çox qol vuran oyunçular - FOTOLAR

2022 FIFA Dünya Kubokunda 1/4 finala yüksələn komandalar bir-bir müəyyənləşdikcə, bombardirlik uğrunda mübarizə də qızışır.
AFN.az xəbər verir ki, Dünya Kubokunun bombardiri olmaq uğrunda mübarizə aparan adlar müəyyənləşib. Belə ki, indiyədək vurulan qolların müəllifləri arasında fərqlənənlər həm də "Qızıl ayaqqabı" nominasiyası üzrə qalib adına namizədlərdir. Bunlar aşağıdakılardır:
Kylian Mbappe - Fransa, 4 maç - 5 qol
Bukayo Saka - İngiltərə, 3 maç - 3 qol
Alvaro Morata - İspaniya, 3 maç - 3 qol
Olivier Giroud - Fransa, 3 maç - 3 qol
Enner Valencia - Ekvador, 3 maç - 3 qol
Marcus Rashford - İngiltərə, 4 maç - 3 qol
Lionel Messi - Argentina, 4 maç - 3 qol
Cody Gakpo - Hollandiya, 4 maç - 3 qol