Vasif Talıbovun Şahbuzdakı villasının peyk GÖRÜNTÜSÜ yayıldı

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun daha bir villasının görüntüləri yayılıb.
AFN.az xəbər verir ki, villanın Şahbuz rayonunun Ağbulaq kəndində yerləşdiyi bildirilir. Sosial şəbəkələrdə villanın peyk görüntüləri yayılıb. İstifadəçilər bunun son olmadığını, Talıbovların mal-mülkünün daha çox olduğunu bildiriblər.