İranda daha bir yeniyetməyə edam cəzası verildi


Hazırda İslah Mərkəzində saxlanılan İlamın Abdanan şəhərindən olan 17 yaşlı yeniyetmə Sonya Şərifi barəsində edam cəzası çıxarılıb.


AFN.az-ın məlumatına görə, yeniyetmə qız hakimiyyətə qarşı qiyamda ittiham olunur. Noyabrın 28-də 17 yaşlı Sonya Şərifi təhlükəsizlik qüvvələri tərəfindən nənəsinin evində həbs edilib. O, tutularkən vəhşicəsinə döyülüb. Müstəntiqlər Sonyanı Molotov kokteyli hazırlaması və şüarlar yazması ilə bağlı məcburi etiraflar etməyə məcbur ediblər.
Prokurorluqdan ailəyə qızlarının dosyesi ilə bağlı dəqiq məlumat verilmir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu