"Qarabağ" legioneri ilə müqaviləni yenilədi - RƏSMİ


"Qarabağ" klubu futbolçusu Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.

Ağdam təmsilçisindən AFN.az verilən məlumata görə, 32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "köhlən atlar"da çıxış edir. Monteneqrolu oyunçunun müqaviləsi iyunda başa çatmalı idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu