Azərbaycanda bələdiyyə sədrinə qarşı cinayət işi başlanıldı
Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Ağstafa Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.