Şimali Kiprdə də 7 günlük matəm elan edildi


Türkiyədəki zəlzələ zamanı çoxsaylı insan tələfatının olması ilə əlaqədar Şimali Kipr Türk Respublikasında da 7 günlük matəm elan edilib.


Bu haqda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar özünün twitter hesabında bildirib. “Allah millətimizə qüvvət versin. Həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - deyə Prezident Ersin Tatar qeyd edib.

Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 3 minə yaxın insan həlak olub, 15 minə yaxın yaralı var. Zəlzələ 6 500-dən çox binanı dağıdıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu