"Boeing" 2000 kadr və maliyyə işçisini ixtisar edəcək


Boeing maliyyə və insan resursları sahəsində təxminən 2000 işçini ixtisar etməyi planlaşdırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, şirkət maliyyə və insan resursları departamentlərində 2000-ə yaxın işçini ixtisar etməyə və bunun əvəzinə mühəndisliyə diqqət yetirməyə hazırlaşdığını açıqlayıb. Məlumatda bildirilir ki, Boeng mühəndislik və istehsala diqqət yetirən 10.000 işçini əlavə etməyi planlayır. İxtisar olunacaq işçilərə hələlik məlumat verilmədiyi bildirilib. Sərbəst buraxılan heyət tərəfindən görülən işlərin bir hissəsi üçün Hindistanın Bengaluru şəhərindəki "Tata Consulting Services" ilə müqavilə bağlanacaq, digər işlər isə proseslərin modernləşdirilməsi və sadələşdirilməsi yolu ilə aradan qaldırılacaq. "Biz bəzi korporativ dəstək funksiyalarında daha az işçi heyəti gözlədiyimiz üçün komandalarımızla şəffaf şəkildə ünsiyyət qurmağa davam edəcəyik ki, resurslarımızı mühəndislik və istehsalata yönəldə, məhsullarımızı, xidmətlərimizi və texnoloji inkişaf səylərimizi birbaşa dəstəkləyə bilək" - deyə şirkətdən açıqlama verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu