Ukraynanın XİN başçısı: "Çin bizə sülh modelini təqdim edib"
“Çin diplomatı Vanq Yi bizə ölkəsinin sülh modelini təqdim edib. Ukrayna detalları təhlil etməlidir”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
O bildirib ki, Prezident Volodimir Zelenskinin irəli sürdüyü sülh düsturu Ukrayna üçün prioritet olaraq qalır.
D.Kulebanın sözlərinə görə, Ukrayna öz azadlığı uğrunda mübarizəni davam etdirəcək.
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Çin liderinin müşaviri Vanq Yi Çinin Ukrayna ilə bağlı sülh planını açıqlasa da, detallar barədə danışmayıb.