Mahir Emreli “Konyaspor”da debüt etdi
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin “Konyaspor” klubunda debüt edib.
“AFN.az” xəbər verir ki, bu, “Afyonspor”la yoldaşlıq matçına təsadüf edib.
Matça start heyətdə başlayan Emreli, ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, qarşılaşma “Konyaspor”un 5:0 hesablı qələbəsi ilə başa çatıb.