Ararat Mirzoyana qarşı sui-qəsddə ittiham olunan şəxs həbs edildi
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin XİN rəhbəri Ararat Mirzoyana qarşı sui-qəsddə şübhəli bilinən bir şəxsi saxlayıb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, T.A adlı vətəndaş 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya etiraz olaraq o dövrdə parlamentin spikeri vəzifəsini tutan Ararat Mirzoyana qarşı hücumda iştirak edib.
Sözügedən şəxs 2 ay müddətinə həbs olunub.