ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi
Fevralın 24-də Co Bayden administrasiyası ABŞ-ın Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
AFN.az xəbər verir ki, yardım paketinə HIMARS raket sistemləri və pilotsuz təyyarələr üçün sursatlar daxil olacaq. Avadanlıq Amerika sənayesi tərəfindən sifariş ediləcək.
Ağ Ev bildirib ki, paketə "CyberLux K8", "Switchblade 600", "Altius-600" və "Jump 20" dronları, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və ictimaiyyəti qorumaq üçün pilotsuz uçuş aparatları və elektron müharibə aşkarlayan avadanlıqlar daxil olacaq.
Ağ Evin məkumatına görə, paketə həmçinin, 155 mm-lik artilleriya qurğuları, minatəmizləmə avadanlığı və təhlükəsiz rabitə üçün çoxlu sursat daxildir.
Fevralın 24-də Ağ Ev Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalar və məhdudiyyətlər paketini elan edib.
Qadağalar Rusiyanı dəstəkləyən 200-dən çox fiziki və hüquqi şəxsə şamil edilib. Onların arasında həm Rusiya, həm də üçüncü ölkələrin nümayəndələri var.
Vaşinqton Rusiyanın ümumi dəyəri 2, 8 milyard dollar təşkil edən 100-dən çox metallurgiya və kimya məhsulları və mineralları üzrə rüsumları artıracaq.
M.Vahidli