Finlandiya prezidenti Türkiyəyə gəlib


Finlandiya prezidenti Sauli Niinisto Türkiyəyə işgüzar səfər edəcək.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sauli Niinistonun səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 16-17 mart tarixində reallaşacaq.

İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu