Zəlzələdə zərər görməyib: Nəmrutun heykəlləri ayaqda - VİDEO


Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən və 11 bölgəni əhatə edən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara və tələfata səbəb oldu.


Ən müasir texnologiyalarla tikilmiş binalar belə həmin təkanlardan zərər gördü. Şəhərləri yerlə-yeksan edən zəlzələlər tarixi irsə də ziyan vurub. Lakin Adıyamandakı Nəmrut dağında YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına düşən nəhəng heykəllər möcüzəvi şəkildə yeraltı təkanlardan zərər görmədən xilas ola bilib.

"CNN Türk"ün müxbiri Səməd Güner və operator Sercan Sever oradakı son vəziyyəti lentə alıb. Həmin reportajı təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu