İsa Həbibbəylinin nəvəsi ilə bağlı ŞOK İDDİA


AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin universitetə imtahansız qəbul olması və qeyri-qanuni yolla tələbə adını qazanması barədə məlumatlar yayılıb.


AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilib. Kiçik İsa Həbibbəylinin orta məktəbi qızıl medalla bitirdiyi, universitet və ixtisas seçimini imtahansız edərək ali məktəbə qəbul olunduğu deyilir.

"Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır".

AFN.az-a bu barədə AMEA Mətbuat Xidmətinin məlumatından bildirilib. Qeyd edilib ki, İsa Səhət oğlu Həbibbəyli hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu