İranda polis rəisi qətlə yetirilib


İranda Sistan və Bəlucistan vilayətinin Səravan şəhəri kəşfiyyat polisinin rəisi mayor Əlirza Şahraki naməlum şəxslər tərəfindən öldürülüb.


AFN.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə şəhərin başçısı bildirib.

Məlumata görə, səhər saatlarında avtomobilə atəş açılan zaman rəisin yanında onun həyat yoldaşı da olub. Qadının yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu