Gəmilərin inşasında yerli kabellərdən istifadə olunacaq


Azərbaycanda ilk dəfə olaraq gəmilərin hazırlanmasında Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabellərdən istifadə ediləcək.


İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, qurumun idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədə əsasən, Bakı Gəmiqayırma Zavodunda hazırlanan gəmilərin inşasında “STP” MMC-yə daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabellərdən istifadə ediləcək.
İlkin mərhələdə “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən “STP Global Cable” MMC-dən müxtəlif parametrli və sertifikatlı – 0,6/1KV yanğınadavamlı ekranlı güc və aydınlatma, 250V fərdi ekranlı xəbərləşmə və kontrol, “Cat 6A” SFTP (fərdi olaraq daxilindəki tellər izolyasiyalı), Rg59/u+2x0.75 (antena və güc kabeli birlikdə olan) – kabelləri alınacaq.

Qeyd edək ki, indiyədək “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən gəmilərin hazırlanması zamanı istifadə edilən kabellər xarici ölkələrdən idxal edilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu